Interposta.Info

ABŞ-da cinsi azlıq nazir təyin edildi

Dünya
 3-02-2021, 09:02     503

ABŞ Senatı səs verərək Pit Butticacı ölkənin nəqliyyat naziri vəzifəsinə təsdiq edib.

"Report”un məlumatına görə, iclas Amerika qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb.

Yeni nazir bundan əvvəl hazırkı dövlət başçısı Co Baydenlə birlikdə ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd göstərilməsi üçün müraciət etmişdi.

Daha sonra o, seçki yarışından çəkilərək Baydenə dəstək olub. 2012-ci ildən 2020-ci ilə qədər Pit Butticac İndiana ştatının Saut-Bend şəhərinin meri olub.

Yeni nazir açıq şəkildə cinsi azlıq olduğunu bəyan edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26