Interposta.Info

ABŞ Çin diplomatlarını Hyuston şəhərindən qovdu

Dünya
 14-10-2020, 09:00     559

ABŞ Çin Xalq Respublikasının Texas ştatının Hyuston şəhərindəki baş konsulluğunu qapadıb və əməkdaşlardan binanı tərk etməsini istəyib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Çin diplomatları məkanı boşaltıqdan sonra buraya Birləşmiş Ştatların federal təhlükəsizlik xidmətlərinin əməkdaşları daxil olublar.

Qeyd edək ki, rəsmi Vaşinqton Çindən baş konsulluğun binasını 72 saat ərzində bağlamağı tələb etmişdi. Çin Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Van Venbin “ABŞ tərəfindən həyata keçrilən birtərəfli siyasi təxribatların beynəlxalq hüquq normalarına və beynəlxalq münasibətlərin əsas prinsiplərinə xələl gətirdiyini, habelə iki ölkə arasında imzalanan konsulluq əlaqələri haqqında sazişi kobud surətdə pozduğunu” bəyan edib.

ABŞ Dövlət katibinin müavni Stiven Biqen isə Çinin diplomatik nümayəndələyinin qapadılmasını “çinlilərin texnologiya oğurluğu ilə məşğul olması”, “tələbə mübadiləsi sistemindən bədnam məqsədlər üçün istifadə etməsi”, habelə “baş konsulluğun əməkdaşlarının diplomatik praktikaya uyğun olmayan hərəkətlərə yol verməsi” ilə izah edib. Stiven Biqen bununla bağlı konkret detalları açıqlamayıb.

Xatırladaq ki, ötən həftənin 5-ci günü Çin ABŞ-ın ölkənin cənub-şərqində, Sıçuan vilayətində yerləşən Çendu şəhərindəki baş konsulluğunu qapadılması haqqında qərar qəbul edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26