Interposta.Info

Zelenskidən müsəlmanlara Qurban bayramı sürprizi

Dünya
 31-07-2020, 17:26     696

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Zelenski həmçinin müsəlmanları sevindirəcək bir addım atıb.

Ukrayna Prezidentinin saytında Zelenskinin Qurban və Ramazan bayramlarını rəsmi dini bayram elan edilməsini nəzərdə tutan qərarı imzaladığı açıqlanıb.

“Bu bayram inananların qəlblərini mərhəmət və yaxınlarına qarşı sevgi ilə doldurur, ümid və ədalət işığı verir. Ukraynadakı müsəlman cəmiyyətinin ölkədə sülhün və dinlərarası uyğunluğun təmin olunması istiqamətindəki töhfələrini təqdir edirik və onlara minnətdarıq. İnananlar üçü bu vacib zaman saf düşüncələr, xeyriyyə işləri, birlik və qardaşlıq duyğuları ilə dolu olsun” – təbrikdə qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26