Interposta.Info

Bayden, Bezos, Mask, Obama kimi bir çox məşhur şəxsin hesabı ələ keçirildi

Dünya
 16-07-2020, 10:01     587

Naməlum hakerlər "Tesla"nın qurucusu İlon Mask, milyarder və Microsoft-un qurucusu Bill Qeyts, Amazon şirkətinin direktoru Jeff Bezos, ABŞ prezidentliyinə namizəd Co Bayden və digər məşhur şəxslərin Twitter hesablarını dağıdıblar.

Dağıdılan hesablara göndərilən mesajda göstərilən ünvana pul göndərməklə maliyyə piramidaları sxeminə görə bitcoin qazanmaq təklif edilib.

Mesajlar bir neçə dəqiqə qalıb və izləyicilər arasında çaşqınlığa səbəb olub. Buna baxmayaraq bəziləri dərhal haker hücumu olduğunu anlayıblar.

Hadisədən dərhal sonra "Twitter"dən məsələ ilə bağlı açıqlama verilib. Problemin araşdırılması səbəbindən platformaya girişdə çətinliklər yarana biləcəyi qeyd olunub. Təhlükəsizlik tədbirlərinin görüldüyü müddətdə istifadəçilərin mesaj göndərmək və şifrələrini dəyişdirmək imkanları müvəqqəti məhdudlaşdırılıb.

Hakerlər ümumilikdə 112 min dollar əldə ediblər./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26