Interposta.Info

Gürcüstanda parlament seçkiləri təxirə salına bilər

Dünya
 15-06-2020, 10:15     433

Gürcüstanda bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri təxirə salına bilər.

Bu bəyanatla Gürcüstan parlamentinin Sabiq sədri, deputat İrakli Kobaxidze çıxış edib.

Onun sözlərinə görə, əgər parlament seçkilərinə qədər ölkədə koronavirusun ikinci dalğası baş versə, eyni zamanda, ölkədə fövqəladə vəziyyət elan edilsə, konstitusiyaya əsasən parlament seçkiləri oktyabr ayında keçirilməyəcək.

Kobaxidze deyib ki, əgər oktyabrda və ya oktyabradək fövqəladə vəziyyət elan olunsa, onda konstitusiyaya görə, 45 gün tez və ya ən geci 60 gün ərzində seçkilər keçirilə bilər.

Qeyd edək ki, Gürcüstan konstitusiyasına əsasən parlament seçkiləri oktyabr ayında keçirilməlidir./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26