Interposta.Info

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər

Dünya
 2-05-2019, 18:08     10 366

"Hakimiyyət iqtisadi bazarın yenidən bölüşdürülməsinə gedib Qaqik Sarukyanı deputat mandatından məhrum edərsə, onda biz də cavab olaraq onunla birlikdə deputat vəsiqəmizi təhvil verəcəyik”.

Bunu Çiçəklənən Ermənistan Partiyasından “Qraparak”a bildiriblər.

“Biz konstitusiya üzrə mütəxəssislərdən atacağımız addım barədə soruşmuşuq. Bizə deyilib ki, konstitusiyaya əsasən, parlamentin 30 faizini müxalifət təşkil etməlidir. Çiçəklənən Ermənistan Partiyasından olan deputatlar mandatdan imtina edərsə, onda parlament antikonstitusion olacaq. Bu isə növbədənkənar seçkilərin keçirilməsinə səbəb olacaq”, - partiyadan bildirilib.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” blokunun lideri, milyarder Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroruna müraciət edilib. Başqa bir məlumata görə, Ermənistan hakimiyyəti parlamentdəki müxalif Çiçəklənən Ermənistan Partiyasının fraksiyasını parçalamağı planlaşdırır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26