Interposta.Info

Gürcüstanın hakim partiyası növbədənkənar parlament seçkilərini istisna edir

Dünya
 14-11-2019, 18:15     10 438

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatları Mamuka Mdinaradze və İrakli Kobaxidze ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edirlər.

Parlament üzvləri seçkilərin 2020-ci ildə baş tutacağını bildiriblər.

M.Mdinaradze deyib ki, gələnilki seçkilərdə bütün partiyalara bərabər şərait yaradılacaq.

İ.Kobaxidze, öz növbəsində, bildirib ki, parlament seçkiləri 2020-ci ilin oktyabrın 31-də baş tutacaq: “Növədənkənar seçkilərin keçirilməsi müzakirə mövzusu deyil. Gələn il seçkilər qarışıq sistem, 2024-cü ildən etibarən isə proporsional sistem üzrə keçiriləcək”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26