Karantinə qarşı çıxan Braziliya prezidenti indi koronavirus qarşısında aciz olduğunu etiraf edib

Braziliya prezidenti Jair Balsonaru artıq ölkədə 5 min vətəndaşın həyatına bais olan koronavirus pandemiyasının qarşısında aciz olduğunu açıqlayıb.
Bununla Latın Amerikasının ən böyük dövlətinin başçısı infeksiyadan ölənlərin sayının sağalananlardan daha çox olması ilə bağlı xəbərlərə reaksiya verib.
“Güman ki, ölkə əhalisinin 70%-i bu xəstəliyə yoluxacaq. İndi nə edim? Ancaq təəssüf edə bilərəm. Mənim ikinci adım Məsihdir (Jair Messias Balsonaru-red.), ancaq adıma uyğun olaraq möcüzə yarada bilmərəm”, - deyə o, rezidensiyada keçirdiyi mətbuat konfransında söyləyib.
J.Balsonaru ölənlərin ailələrinə başsağlığı verərək, onların bir çoxunun yaşlı adamlar olduğunu söyləyib. “Bu həyatdır. Sabah da mənim növbəm çatacaq. Əlbəttə, hamımız ləyaqətlə ölmək və özümüzdən sonra yaxşı iz buraxmaq istəyirik”, - deyə o bildirib.
Qeyd etmək lazımdır ki, Jair Balsonaru dəfələrlə ayrı-ayrı ştat rəhbərləri tərəfindən tətbiq olunan karantin tədbirlərinə qarşı çıxış etməsi ilə tanınır. Dövlət başçısı həmin məhdudlaşdırmaların ölkə iqtisadiyyatı üçün fəlakətlə nəticələnəcəyini, kütləvi işsizlik və iflas doğuracağını vurğulayırdı. Lakin əksər qubernatorlar onun sözünə qulaq asmadan ştatlarda bir çox ehtiyat tədbirləri həyata keçirib. Federal Ali Məhkəmə isə onlaırn mövqeyini dəstəkləməklə bərabər, hətta prezidentə mövzu ilə bağlı danışmağı qadağan edib./musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26