Interposta.Info

Saakaşvili Gürcüstana yardım təkilf etdi: “Hər halda, Tramp uzun illər məni dostu adlandırıb”

Dünya
 20-04-2020, 18:41     361

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkənin hazırkı rəhbərliyinə xaricdən maliyyə dəstəyi alması ilə bağlı köməyini təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Mtavari Arkhi” kanalında danışıb.

Keçmiş prezident Gürcüstanın koronavirus pandemiyası ilə əlaqədar yaranacaq böhrandan sonra aclıq və kasıblıqla üzləşəcəyini deyib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatını yalnız xarici dəstək qurtara bilər. Hazırkı rəhbərlik bunu cəlb edə bilməyəcəyinə görə indi o, vasitəçi kimi çıxış etməyə hazırdır.

“Xaricdən pul almaq üçün məndən istifadə edin. Mən bütün paytaxtlara getməyə hazıram. Demək olar ki, bir çox maliyyə təşkilatlarını tanıyıram. Bundan başqa, Donald Tramp da məni uzun illər boyu bütün dünyada tərifləyib və dostu adlandırıb. Mən müasir Avropada kimlərin lider olduğunu bililrəm”, - deyə M.Saakaşvili söyləyib.

Qərbyönümlü siyasətçi iqtidarı gələcəkdə bütün hüquqi mübahisələri “ən azı payıza qədər” təxirə salmağa çağırıb. O, vasitəçilik funksiyasını yerinə yetirmək üçün rəsmi status almalı olduğunu deyib. “Mənə yalnız xarici dəstək üçün Gürcüstan hökumətinin müvəqqəti və rəsmi nümayəndəsi statusunu verin. Sizə 5,5 milyard dollarlıq yardımı cəlb edə bilməsəm də, Gürcüstan iqtisadiyyatını qurtara biləcək məbləği gətirəcəyimə söz verirəm”, - deyə o qeyd edib.

Gürcüstanın mövcud iqtidarı 3-cü prezidentin bəyanatını “populist və real əsaslardan məhrum” kimi dəyərləndirib.

Hökumət nümayəndəsinin sözlərinə görə, əgər Saakaşvili həqiqətən ölkəsinə yardım etmək istəyirsə, o zaman böhranla əlaqədar yaradılmış xüsusi fonda pul köçürə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26