Interposta.Info

Almaniyada mühüm koronavirus qərarı - qadağalar yüngülləşdirilir- VİDEO

Dünya
 18-04-2020, 19:41     319

137 mindən çox insanın koronavirusa yoluxduğu, 4 mindən çox insanın öldüyü Almaniyada xüsusi karantin rejimi ilə bağlı qadağalar mərhələli şəkildə aradan qaldırılacaq.

“Report”un Avopa bürosunun məlumatına görə, bu barədə qərar ölkə kansleri Angela Merkelin əyalət baş nazirləri ilə birgə keçirdiyi videokonfrans zamanı qəbul olunub.

Federal hökumət 16 əyalətlə xüsusi karantin rejimi ilə bağlı qadağaları mərhələli şəkildə aradan qaldırmaqla bağlı razılığa gəlsə də, hər üç həftədən bir vəziyyətin ümumi dəyərləndirməsi aparılacaq.

Almaniyada 1,5 metrlik sosial məsafə təcrübəsi və insanlar arasında təmas qadağası mayın 3-dək davam edəcək. Buna əməl etməyənlər cərimələnəcək. Marketlərdə və ya ictimai nəqliyyatda maskalardan istifadə etmək tövsiyə olunur.

Məktəblər mayın 4-dən sonra mərhələli şəkildə açılacaq. Bunun üçün əvvəlcədən araşdırmalar aparılacaq. Əvvəlcə orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi təşkil ediləcək. Məktəb və tətil planları hazırlanacaq.

800 kvadrat metrə qədər əraziyə sahib olan ticarət obyektləri bazar ertəsindən etibarən fəaliyyət göstərə biləcəklər. Həmin ticarət obyektlərində xüsusi gigiyena qaydaları tətbiq ediləcək.

Qaydaya riayət edən bərbərxanalar mayın 4-dən sonra açılacaq, lakin bərbərlər maska taxacaqlar.

Toplantılar və səyahətlərlə bağlı məhdudiyyətlər qüvvədə qalacaq. Böyük yığıncaqlar, toylar və ya buna bənzər şənliklər, kino və teatr kimi izdihamlı, böyük salonlarda keçirilən tədbirlərlə bağlı yasaqlar avqustun 31-dək davam edəcək. Muzeylər və idman meydançaları, sosial məsafəni təmin edə bilməyən restoran və barlar bağlı qalacaq. Otellər yalnız turist ehtiyacı səbəbindən xidmət edə biləcəklər.

Aprelin 30-da Almaniyada vəziyyətin qiymətləndirilməsi üçün iclası keçiriləcək. Bu toplantıda mayın 3-dən sonra reallaşdırılacaq işlərin təqvimi tərtib ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26