“Qasım Süleyman öldürüldü, “Hacı Yusif” isə sağ qaldı”

Başına 15 milyon mükafat qoyulan şəxsi Amerika aradan götürə bilmədi
Qüds Briqadasının rəhbərlərindən olan Əbdül Rza Şəhlayi Yəməndə dronla hədəf alınıb. Ancaq Amerika hərbçiləri tərəfindən onu da aradan götürmək cəhdi baş tutmayıb. Cənab Şəhlai bölgədəki qeyri-qanuni şiə hərbi birləşmələrinin maliyyələşdirilməsinin əsas təşkilatçısı kimi tanınır. “The New York Times” məqaləsində belə deyilir.
İndi məlum olur ki, Tramp administrasiyası İranın digər ölkələrdə şiə hərbi birləşmələrinin döyüş qabiliyyətini aşağı salmaq üçün elan olduğundan daha geniş bir plana sahib olub.
Prezident Donald Tramp yanvarın 1-də Qasım Süleymani və Əbdül Rza Şəhlayinin aradan götürülməsinə əmr verib. Hər iki hücum eyni gündə keçirilib. Ancaq hücumun eyni vaxtda olub olmaması bəlli deyil.
Amerika rəsmiləri bildiriblər ki, Yaxın Şərqdə İran tərəfindən dəstəklənən hücumları dayandırmaq və İranın bölgədəki təcavüzkar hərəkətlərinə mane olmaq üçün belə bir plan həyat keçirilib. Ancaq nəzərdə tutulanın yalnız bir hissəsi müsbət sonluqla (Amerika üçün) yekunlaşıb.
Qəzet yazır ki, Birləşmiş Ştatlar 2019-cu ilin dekabr ayında general Əbdül Rza Şəhlai haqqında məlumat üçün 15 milyon dollar mükafat təklif etmişdi. O, 2007-ci ildə Iraqda-Kərbəla şəhərində 5 Amerika əsgərinin qətli ilə yekunlaşan hücuma görə ittiham olunur. O da bəllidir ki, Əbdül Rza Şəhlai ABŞ-ın müttəfiqlərinə qarşı hücumların təşkilində ciddi rol oynayıb, o cümlədən o, 2011-ci ildə ABŞ-dakı Səudiyyə Ərəbistanının səfirini öldürmək planına dəstək verib.
Əbdül Rza Şəhlai 1957-ci ildə İranda doğulub, həm də “Hacı Yusif” ləqəbi ilə tanınır.
Əbdül Rza Şəhlai İranın Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə mübarizə aparan Yəməndəki Huti üsyançılarına yardım edib. Onun aradan götürülməsi üçün Amerika hərbçilərinin uğursuz cəhdi barədə ilk olaraq “The Washington Post” qəzeti məlumat yayıb./musavat.com
İnterPosta.info
https://www.nytimes.com/2020/01/10/world/middleeast/trump-iran-yemen.html
https://heavy.com/news/2020/01/abdul-reza-shahlai/
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26