Interposta.Info

Qazaxıstanda təyyarə qəzası baş verib, ölənlər var - Foto

Dünya
 27-12-2019, 08:53     366

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarənin Alma-Ata hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyi bildirib.

Qeyd edilir ki, hadisə zamanı daha 9 nəfər xəsarət alıb. Onlardan 6-ı uşaqlardır.

Nazirliyin məlumatına görə, "Bek Air" aviaşirkətinin №Z2100 reysi ilə uçan təyyarə saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.

"İlkin informasiyaya görə, 9 nəfər həlak olub, daha 9 nəfər, o cümlədən 6 uşaq xəsarət alıb", - xəbərdə deyilir.

***

Qazaxıstanın "Bek Air" şirkətinə məxsus, 95 sərnişinin və 5 heyət üzvünün olduğu təyyarə Alma-Ata hava limanı yaxınlığında qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının "Facebook"dakı səhifəsində bildirilir.

"Bu gün "Bek Air" aviaşirkətinin Alma Ata-Nur Sultan reysi ilə uçan sərnişin təyyarəsi saat 7:05-də (Bakı vaxtı ilə saat 5:05) radarlardan itib. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü var. "Bek Air" aviaşirkətinin bortu aerodrom xaricində yerə düşüb. Sağ qalanlar var. Hadisə yerində fövqəladə xidmətlər işləyir", - xəbərdə bildirilir.

Qazaxıstanın Mülki Aviasiyası Komitəsinin məlumatına görə, hadisə zamanı təyyarədə 7 nəfər həlak olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26