Interposta.Info

İran məxfi şəkildə bu ölkəyə raketlər yerləşdirir

Dünya
 5-12-2019, 10:33     411

İran məxfi şəkildə özünün yaxın mənzilli raketlərini İraq ərazisinə yerləşdirir.

Bu məlumatı “Nyu York Tayms” yayıb. Məlumata görə, İran İraqda iki aydır davam edən xaosdan istifadə edərək, raketlərini məxfi şəkildə burada yerləşdirir. Mənbə İranın bununla Yaxın Şərqdə qorxu yaratmağa və orada öz hakimiyyətini təsdiqləməyə çalışdığını bildirib:

“Bu raketlər ABŞ-ın regionda tərəfdaşları və müttəfiqləri üçün təhdid kəsb edir. Bu, həmçinin, bölgədəki ABŞ qoşunlarına da təhdid yarada bilər. İraqa yerləşdirilən raketlərdən şiə hərbi bölmələrinin istifadə etdiyi bildirilib”./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26