Interposta.Info

Qafqaz Sərkisyanın üzündən yeni nüvə ocağına çevrilə bilər -

Siyasət
 19-04-2017, 12:43     677

Sərkisyan Ermənistanın qeyri-qanuni olaraq tutduğu ərazilərə səfər edərək Rusiyanın ona verdiyi raketlərlə öyünür

Qafqaz dağları Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəli silah oyunları səbəbindən yeni nüvə ocağına çevrilə bilər.

Musavat.com xəbər verir ki, bu sözlər böyük Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Ədliyyə nazirliyinin keçmiş əməkdaşı Lloyd Qrinin The “Washington Times” qəzetində yazdığı məqalədə ifadə edilib.

“Keçən ilin payızında Ermənistan Rusiyadan “İsgəndər” raket kompleksini alması həm Azərbaycana , həm də onu NATO üzvü olan müttəfiqi Türkiyəyə siqnal göndərmək baxımından ciddi təxribata yaratdı. Bu Moskvanın Qərbin maraqlarına təhdid törətmək üçün Yaxın Şərq və Avrasiyada raketlər yerləşdirməsi ilə bağlı siyasətinə tam uyğun gəlir”, məqalədə yazılıb.

Müəllif bununla əlaqədar maraqlı və narahat doğuran versiyanı ortaya atır:

“İsgəndər” raketləri nüvə başlıqları ilə təchiz edilməsi böyük təhdid yarada bilər. Lakin sanki raketlərin özünün mövcudluğu ayrıca təhlükə deyilmiş kimi, Sərkisyan qeyri-qanuni olaraq işğal etdiyi ərazilərə səfər edərək hökumətinin “müasir və qüdrətli zərbə qüvvəsinə malik olması” ilə bağlı öyünməyə başlayıb.”.

“Sərkisyanın bu bəyanatı Ermənistanın öz qonşularını narahat etməkdən əlavə Vaşinqtonda da böyük narazılığa səbəb olub”, - deyə müəllif yazaraq davam edir:

“Bu yaxınlarda Jamestown Foundation araşdırma şirkəti Kapitoliya təpəsində (ABŞ Konqresini ifadə edən sinonimlərdən biri-red.) Ermənistanın İsgəndər raketlərini yerləşdirməsi ilə bağlı açıq diskiussiya apararaq, yeni silahın “Avropanın sabitilyinə təhlükə törətdiyi, ABŞ-ın müttəfiqlərini təhdid altında qoyduğunu , habelə “Orta və kiçik mənzilli raketlərin ləğvi” haqqında 1988-ci il müqaviləsini pozduğu barədə xüsusi raport dərc edib.

O zaman belə bir sual yaranır? Ermənistan İsgəndər raketlərini Rusiyadan alan yeganə ölkə deyilmi? Elə isə nə üçün Ermənistan?

Məqalə müəllifi bununla bağlı öz veriyasını irəli sürür:

“Çünki Azərbaycanda Avropanın enerji təhlükəsizliyini təmin edən, Qərb, o cümlədən ABŞ-ın idarəçiliyi altında olan şirkətləri özündə birləşdirən vacib infrastruktur yerləşir.

İkinci variant: Rusiya Krımda etdiyi və Ukraynanın şərqində həyata keçirməyə çalışdığı kimi regionda öz nüfuzunu bu tərzdə gücləndirməyə cəhd edir”, - müəllif yazır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26