Tramp xüsusi müşavirini məxfi şəkildə Moskvaya göndərdi
ABŞ Moskvaya siyasətçilərdən ibarət nümayəndə heyəti göndərib.
Məlumatı "Kommersant” qəzeti yayıb.
Məlumata görə, Rusiyaya gələn nümayəndə heyətinə ABŞ prezidentinin Rusiya üzrə müşaviri və Təhlükəsizlik Şurasının üzvü Fiona Hill rəhbərlik edib.
Hill Moskvada Rusiya Təhlükəsizlik Şurasının nümayəndələri və Xarici İşlər Nazirliyinin təmsilçiləri ilə görüşüb.
Nümayəndə heyətinin Moskvaya səfərinin məxfi olduğu bildirilir.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

