Interposta.Info

"Taliban"ın nümayəndə heyəti Türkiyədə səfərdədir

Dünya
 14-10-2021, 11:59     46 374

"Taliban" hərəkatının nümayəndə heyəti Ankaraya rəsmi səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Abdul Qahar Balkhi açıqlayıb.

Onun sözlərinə görə, nümayəndə heyətinə “Taliban” hərəkatının xarici işlər naziri vəzifəsini icra edən Əmir Khan Muttaqi başçılıq edir.

Qeyd olunur ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti əsasında həyata keçirilir.

“Nümayəndə heyəti Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparacaqlar. Münasibətlərin yaxşılaşdırılması, ticarət, humanitar yardım, miqrasiya və avianəqliyyat sahələrində əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçiriləcək”, - deyə Balkhi öz tviter hesabında qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26