Interposta.Info

ŞOK: Türkiyədən Qarabağa nümayəndə heyəti gedib - Foto

Siyasət
 28-09-2017, 20:33     10 544

Sentyabrın 22-də Türkiyədən bir qrup nümayəndə Ermənistan üzərindən Azərbaycanın işğal edilən Dağlıq Qarabağ ərazisinə səfər edib.

Teleqraf.com bildirir ki, bu haqda Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl özünün Feysbuk səhifəsində xəbər yayıb.

Mütəxəssis Ermənistan üzərindən Azərbaycanın işğal edilən ərazilərinə gedən nümayəndə heyətini şərəfsiz adlandırıb.

Xəbərə görə, Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti separatçı rejimin xarici işlər naziri tərəfindən qəbul edilib, görüşdə Qarabağ münaqişəsi, onun taleyi və həlli perspektivləri haqda müzakirələr aparılıb.

Qəribədir ki, bu saxta səfərdən sonra Türkiyəyə qayıdan nümayəndə heyəti qardaş ölkənin bəzi televiziya kanallarında çıxış edərək təəssüratlarını paylaşıb.

Qeyd edək ki, separatçı rejimlə görüşə gedən nümayəndə heyətinin tərkibində Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü Ufuk Uras da yer alıb.

Toğrul İsmayıl sual edib ki, bütün bunlar nə deməkdir? Nə zamandan işğal və terrorçuluğu dəstəkləmək demokratiya olur?

Mütəxəssis xüsusilə qeyd edib ki, Türkiyə artıq təzadlar ölkəsinə çevrilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26