Interposta.Info

Millət vəkilindən Klementə çağırış:

Siyasət
 30-08-2017, 22:39     10 435

Ermənistanın kütləvi informasiya vasitələrində Kanada parlamentinin üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Ermənistanda səfərdə olması və Dağlıq Qarabağa gedəcəkləri ilə bağlı məlumat yayılıb.

APA-nın xəbərinə görə, Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradov bununla bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, Məcid -əl-Şəfi adlı bir nəfər özünü Kanada nümayəndə heyətinin rəhbəri kimi təqdim edib və bir qrup şəxslə Ermənistanda səfərdədir: "O özü Kanada parlamentinin üzvü olmasa da, mətbuatda “Kanada parlamentinin nümayəndə heyətinin rəhbəri” kimi təqdim edilib. Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupu olaraq öz həmkarlarımıza müraciət edərək bildiririk ki, sözügedən “nümayəndə heyəti"nin tərkibində Mühafizəkarlar Partiyasının üzvü Toni Klement adlı deputat da var. Əldə etdiyimiz məlumata görə, həmin “nümayəndə heyəti” işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməyi planlaşdırır. Biz Kanada parlamentinə müraciət edərək beynəlxalq hüququn normalarına hörmətlə yanaşmağı, Toni Klement kimi insanlara bu cür səfərlərin qadağan olduğunu izah etməyi, sülh və sabitliyin pozulmasına yönəlmiş qızışdırıcı mövqeyindən əl çəkməsini tələb edirik. İnanırıq ki, Azərbaycan-Kanada əməkdaşlığı naminə, eyni zamanda beynəlxalq qanunlara riayət edərək belə məsuliyyətsiz addımlar atılmayacaq. Bir daha bəyan edirik ki, Azərbaycan regionda sülh və sabitliyin qorunub saxlanmasının tərəfdarıdır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26