Interposta.Info

İraqda yenidən İran konsulluğuna od vurdular: Bayraq endirildi

Dünya
 28-11-2019, 09:47     358

İraqda etirazçılar İranın ölkənin cənubundakı Nəcəf şəhərində yerləşən konsulluğuna od vurub.

İranın diplomatik missiya işçiləri qəzəbli kütlənin binaya girməsindən az əvvəl təxliyə edilib. Buna görə də xəsarət alan olmayıb.

Ümumilikdə iğtişaşlarda ən azı 33 nəfər yaralanıb. Yerli polis nümayəndələrinin bildirdiyinə görə, şəhərdə komendant saatı elan olunub.

Nümayişçiləri konsulluğun girişindən uzaqlaşdırmaq üçün asayiş keşikçiləri canlı sursatdan istifadə etməli olub. Sonra təhlükəsizlik qüvvələri diplomatlarla birlikdə geri çəkilib. "Al Arabiya" binaya girən etirazçıların İran bayrağını endirərək İraq bayrağı asdığını yazıb.


Xatırladaq ki, İraqda etirazlar oktyabrın 1-dən başlayıb. Onlar ölkədə geniş yayılmış korrupsiyaya, pis yaşayış şəraitinə və Tehranın respublikada artan nüfuzuna etiraz etmək üçün küçələrə çıxıblar. Hökümət əleyhinə etirazlar başlayandan bəri təxminən 350 nəfər həlak olub./qaynarinfo

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26