Interposta.Info

İraqda etirazlar səngimir – Son üç gündə 74 adam ölüb

Dünya
 28-10-2019, 15:46     10 478

İraq paytaxt Bağdadda və ölkənin mərkəz və cənub şəhərlərində son üç gündə baş verən etiraz aksiyalarında ölü sayı 74 nəfərə çatıb.

Bu məlumatla İraq parlamentinin İnsan Haqları Komissiyası çıxış edib. Etirazçı və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla etirazlarda qeydə alınan yaralı sayı 3654 nəfər olub.

Komissiya təhlükəsizlik qüvvələrini Bağdad, Meysan, Bəsrə və Zikar vilayətlərində baş verən etirazların dağıdılmasında gözyaşardıcı qaz və səs bombasından istifadə etməkdə ittiham edib.

Qeyd edək ki, işsizlik, korrupsiya və kommunal xidmətdən şikayət edən iraqlıların etiraz aksiyaları 1 oktyabrdan bəri davam edir. Etirazlar başlayandan bu yana 200 nəfər ölüb, 8 minə yaxın adam yaralanıb./avropa.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26