Interposta.Info

Türkiyə konsulluğuna hücum -

Dünya
 19-01-2017, 10:23     566

Türkiyə konsulluğuna hücum -
Türkiyənin İsveçrənin Sürix şəhərindəki baş konsulluğuna hücum edilib.

BakıPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş konsulluğa hücum edən naməlum şəxslər konsulluğun binasını fişənglər vasitəsi ilə atəşə tutub.

Konsulluğun binasına xeyli ziyan dəyib. Eyni zamanda binanın şüşələri qırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hələlik konsulluğa hücum edən şəxslərin kimliyi müəyyənləşməyib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26