Şok qərar: DİN rəhbəri işdən qovuldu, mükafatları ləğv edildi

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər naziri, general-leytenant İsgəndər Mulikovu vəzifəsindən qovub, rütbəsini mayora qədər endirərək onun bütün dövlət mükafatlarını ləğv edib.
Bu barədə Türkmənistan televiziyası məlumat yayıb.
Prezident hökumətin və Milli Təhlükəsizlik Şurasının birgə iclasında belə qərar qəbul edib.
Berdiməhəmmədov bu qərarını işdə ciddi nöqsanların olması, vəzifə səlahiyyətlərindən sui-istifadə, kobud qanun pozuntuları ilə əlaqələndirib.
O, Mammethan Çakıyevi yeni daxili işlər naziri təyin edib./axar.az
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26