Interposta.Info

Qonşuda fəlakət: 80 milyard ziyan dəydi

Dünya
 12-08-2019, 09:38     10 350

21 martdan başlayaraq indiyədək İranın Qəzvin vilayətinin 717 hektar ərazisi yanıb.

Trend-in məlumatına görə, bunu İranın Qəzvin vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Qüdrətulla Mehdixani deyib.

Q.Mehdixaninin sözlərinə görə, yanan ərazilərin 367 hektarı əkin və bağ ərazisi, 350 hektarı isə yaylalara aiddir.

Baş direktor əlavə edib ki, yanğınlar nəticəsində Qəzvin vilayətinə 80 milyard rial (təxminən 1,9 milyon dollar) ziyan dəyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26