Interposta.Info

İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunub

Dünya
 2-04-2019, 17:53     10 385

İranın Xuzistan vilayətində fövqəladə vəziyyət elan olunub.

Aramsız yağışların yağması yeni sel ehtimalını artırıb. Vilayətin valisi Qulamrza Şəriəti jurnalistlərə bildirib ki, sel ehtimalının artması ilə əlaqədar daxili işlər naziri vilayətdə fövqəladə vəziyyət elan edib. Bütün dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb. Sel olacağı təqdirdə insanların təxliyəsi istiqamətində tədbirlər davam edir. Təcilli tibbi yardım və suyun çaylara yönəldilməsi üçün yanğınsöndürən maşınlar hazır vəziyyətdədir.

Böhranlı vəziyyətin idarə edilməsi üçün yaradılan qərargahın rəhbəri, daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli deyib ki, əhalinin ərzaq və digər ilkin tələbat malları ilə təmin edilməsində heç bir problem yaranmayacaq.

Xatırladaq ki, ötən həftə aramsız yağan yağışlar İranın Gülüstan, Xuzistan, Gilan, İsfahan və başqa vilayətlərində selin yaranması ilə nəticələnib, təsərrüfatlara ciddi ziyan dəyib. Təbii fəlakət nəticəsində 50-yə yaxın insan həlak olub./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26