Interposta.Info

Rusiya əhalisi fəlakət dərəcədə azalır

Dünya
 13-07-2019, 19:10     10 390

Rusiya hökuməti hələ ki nə ölkədə doğum səviyyəsini artıra və nə də ölüm səviyyəsini azalda bilir.

Əgər ölkədə miqrasiya siyasəti uğurla gerçəkləşdirilə bilməsə, 2100-cü ildə əhalinin sayı yarıbayarı azalacaq.

Musavat.com xəbər verir ki, bu cümlələr İsveçrənin “Le Temps” qəzetinin yazarı Emmauel Qrinşpanın məqaləsində yer alıb.

Müəllif bu həftənin bazar ertəsi Rusiyada “Ümumrusiya ailə sevgi və sədaqət” günü kimi qeyd olunduğunu, həmin bayramın Kreml tərəfindən ölkədəki doğum səviyyəsini canlandırmaq üçün təsis edildiyini bildirir.

Çərşənbə axşamı isə baş nazirin müavini Tatyana Qolikova bayram əhval-ruhiyyəsindən uzaq tərzdə, daha açıq və sərt cümlələrlə vəziyyəti təsvir edib. “Biz fəlakət dərəcəsində ölkə əhalisini itiririk”,-deyə o, Sankt-Peterburqda səhiyyənin vəziyyəti üzrə keçirilən hökumət iclasında bildirib.

2018-ci ildə Rusiyanın əhalisi (146 milyon) daha 150 min nəfər azalıb. Ölkədə uzun ömürlülük isə orta hesabla 72,9 yaş təşkil edir. Rusiya Elmlər Akademiyasının Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institunun (İMEMO) Beynəlxalq sərmayə bazarları şöbəsinin müdiri Yakov Mirkinin qeyd etdiyinə görə, Rusiya dünyada uzun ömürlülüyə görə 95-ci yeri tutur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait isə ümumdaxili məhsulun (ÜDM) 5,6%-ni təşkil edir. Müqayisə üçün uzunömürlülyün orta göstəricisi 83,7 yaş olan Yaponiyada ÜDM-in 10,9%-, İsveçrədə isə (83,4 yaş) 12,21% -i sağlıq məsələlərinə ayrılır.

BMT isə bu gedişatla Rusiya əhalisinin 83,7 milyon nəfərə qədər azalacağını proqnozlaşdırıb.

Ekpsertlər bununla bağlı bir neçə səbəbi göstərirlər.

Əsas faktorlardan biri ölkədə ürək-damar xəstəliklərinin artmasıdır. Bu sahədə Rusiya özünü “dünya lideri” saya bilər. Ölkədə QİÇS epidemiyası bürüyüb və əsasən heteroseksual əhali arasında çox yayılıb.

Mütəxəssislər ümidlərini keçmiş sovet respublikalarından gələn immiqrantlara bağlayıblar. Lakin burda da tendensiya ürəkaçan vəziyyətdə deyil. Keçən il Rusiyaya gələn miqrantların sayında rekord düşüş müşhidə edililib. Həmin vaxtdan Rusiyaya cəmi 124 min insan üz tutub ki, bu da demeoqrafik situasiyanın balanslaşdırılması üçün tələb olunan 300 mindən azdır. Rusiya bazarları artıq əvvəlki cazibəsini itirib və əmək bazarı iqtisadi durğunluqdan dolayı azalıb. Buraya miqrantlara qarşı dövlət tərəfindən aparılan rəsmi və ya qeyri-rəsmi siyasəti də əlavə etmək olar.

Miqrasiya siyasəti ilə bağlı hökumət hələ ki, aldığı 2 qərarla vəziyyəti düzəltməyə çalışır. Bunlardan biri immiqrantların uşaqlarının rus dilin öyrənməsi üçün büdcədən vəsait nəzərdə tutulması, ikinci isə Rusiya vətəndaşlığını almaq üçün prosedurların asanlaşdırlmasıdır. Kreml xüsusilə ruslara dil, din və mədəniyyət baxımından yaxın olan insanların cəlb olunmasına çalışır və Qazaxıstan, Ukrayna , Moldova və Özbəkistandan bu yolla 10 milyon insanın gətirilməsi üçün plan hazırlayıb.

Lakin çətin ki onlar bu cür depressiv iqtisadiyyata malik ölkəyə dərhal can atsınlar”,-deyə Emmanuel Qrinşpan yazının sonunda bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26