Interposta.Info

Rusiya əhalisi 2025-ci ilədək 1,2 mln. nəfər azala bilər

Dünya
 16-10-2020, 14:11     598

Rusiya hökuməti ölkə əhalisinin azalması proqnozunu pisləşdirib. Belə ki, Rusiya əhalisi 2025-ci ilədək 1,234 mln. nəfər azala bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə "İzvestiya" qəzeti 2030-cu ilədək milli hədəflərə çatmaq üçün hökumətin hazırladığı vahid planın yeni versiyasına istinadən yazıb.

Qəzetin məlumatına görə, planın əvvəlki versiyasında hökumət 2020-ci ildə əhalinin 158 min nəfər, 2021-ci ildə 81,5 min nəfər azalacağını, daha sonrakı illərdə isə demoqrafik göstəricinin artacağını proqnozlaşdırırdı.

Yeni plana görə, 2020-ci ildə Rusiya əhalisi 352,5 min nəfər, 2021-ci ildə 290 min nəfər, 2022-ci ildə 238 min nəfər, 2023-cü ildə 189 min nəfər, 2024-cü ildə isə 165 min nəfər azalacağı proqnozlaşdırılır. Sənədin müqəddiməsində qeyd olunur ki, Rusiya əhalisi yaxın gələcəkdə "obyektiv trendlər səbəbindən" azalacaq. Sənəddə deyilir ki, 2030-cu ilədək bu tendensiyanın bərpa edilməsi və doğum nisbətinin sabitləşdirilməsi, ölüm hallarını azaldılması, yüksək keyfiyyətli miqrasiya artımı ilə rusiyalıların sayında artımın təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Rusiya əhalisinin sayı 146 748 590 nəfər təşkil edib. Əhali sayına görə Rusiya dünyada 9-cu yerdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26