Interposta.Info

Gürcüstan MSK: Seçkilərdə ən çox şikayət Marneuli və Zuqdididən daxil olub

Dünya
 19-05-2019, 22:12     10 321

Gürcüstanda keçirilən seçkilər zamanı Mərkəzi Seçki Komissiyasına gün ərzində ümumilikdə 89 şikayət daxil olub.

Bu barədə komisiyanın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Bildirib ki, şikayətlər ən çox Marneuli və Zuqdididən qəbul edilib.

“Şikayətlərdən 44-ü Zuqdididən, 21-i Marneulidən, 16-sı Xulo, 6-sı Zestaponi, 1-i isə müvafiq olaraq Ozurgeti və Tiflisdən qəbul edilib” - deyə Ana Mikeladze bildirib.

Qeyd olunub ki, komissiyanın qaynar xəttinə gün ərzində 209 zəng, 56 sms daxil olub.

Şikayətlərin əsasən texniki məsələlərlə bağlı olub./ona

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26