Interposta.Info

ABŞ Usame Bin Ladinin oğlunun başına 1 milyon dollar mükafat qoydu

Dünya
 1-03-2019, 08:59     10 332

ABŞ hökuməti “Əl Qaidə”nin keçmiş lideri Usame Bin Ladinin oğlu Həmzə Bin Ladinin başına 1 milyon dollar mükafat qoyub.

Bu barədə ABŞ Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada Həmzə Bin Ladinin “Əl Qaidə” terror təşkilatında yüksələn lider olduğu və 2015-ci ildən bu yana ABŞ hərbi bazalarına hücuma təşviq edən videolar çəkdiyi, 2011-ci ildə öldürülən atasının intiqamını almağa çağırışlar səsləndirdiyi ifadə olunub.

Açıqlamada həmçinin qeyd olunub ki, Həmzə Bin Ladin 2017-ci ildə qlobal terrorçular siyahısına salınıb, bu səbəbdən də ABŞ-da olan bütün sərvəti dondurulub. ABŞ XİN “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun yeri haqqında məlumat verənə 1 milyon dollar təklif edib./musavat.com

İnterPosta.info

ABŞ Usame Bin Ladinin oğlunun başına 1 milyon dollar mükafat qoydu

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26