Interposta.Info

Ağ Ev Hizbullah rəhbərinin başına 10 milyon dollar mükafat təyin etdi

Dünya
 11-04-2020, 13:20     454

Qasım Süleymaninin dostu Məhəmməd Kavtharani Amerikanin hədəfində
Seyid Həsən Nəsrullahın rəhbərlik etdiyi Livanın Hizbullah təşkilatının nüfuzlu üzvü Məhəmməd Kavtharani ABŞ-ın hədəfindədir. Belə ki, Ağ Ev onu “İraqda İrana bağlı qrupların koordinasiya etməkdə” suçlu bilir.

ABŞ rəsmən bəyan edib ki, Məhəmməd Kavtharaninin yerini deyən şəxsə 10 milyon dollar mükafat verəcək.

Qeyd olunur ki, Məhəmməd Kavtharani həm də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin İraqda formalaşdırdığı parlament qruplarının siyasi baxımdan koordinasiya edilməsində də ciddi rol oynayır. ABŞ Dövlət Departamentinin bəyanatında belə deyilir.

Qeyd olunur ki, Qasım Süleymani bu il yanvarın əvvəlində Bağdad Hava Limanı yaxınlığında ABŞ tərəfindən planlanmış xüsusi əməliyyat zamanı qətlə yetirilib.

Məhəmməd Kavtharani 2013-cü ildən etibarən ABŞ-ın qara siyahısına düşüb. O, İraqda Qərb ölkələri səfirliklərinə hücumların və İraq Hökumətinin nəzarətindən kənarda təşkil olunmuş kütləvi nümayişlərin təşkilində günahkar bilinir.
O da qeyd olunur ki, ABŞ Livanda fəaliyyət göstərən Hizbullahı terrorçu təşkilat kimi tanıyır.

Məhəmməd Kavtharani İraqın nüfuzlu dini lideri Müqtəda əs-Sədrlə də çox yaxındır.
Musavat.com:https://news.yahoo.com/us-offers-10mn-cash-information-hezbollah-boss-220703253.html

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26