Interposta.Info

ABŞ İranın XİN rəhbərinə viza verməkdən imtina edib

Dünya
 7-01-2020, 10:55     322

ABŞ BMT TŞ-nın iclasına getməyə hazırlaşan İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Bu barədə “Reuters” ABŞ Administrasiyasına istinadla xəbər verib.

Bildirilir ki, yeni qərar İran İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi bölməsinin generalı Qasım Süleymaninin amerikalı hərbçilər tərəfindən öldürülməsindən sonra iki ölkə arasında yaranan gərginliklə əlaqədar verilib.

İclas Nyu-Yorkda yanvarın 9-na təyin olunub./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26