İranın məşhur generalı Moskvaya gizli səfər edib -

Kreml İran generalı Qasım Süleymaninin Moskvaya səfəri ilə bağlı xəbərə şərh verməkdən imtina edib.
Axar.az xəbər verir ki, jurnalistlərin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova ünvanladıqları suala o, yalnız “Bu, bizə aid sual deyil” deməklə kifayətlənib.
Qeyd edək ki, ötən gün “Foks Nyus” televiziyası İran generalı Qasım Süleymaninin Moskvaya gizli səfəri haqqında informasiya yayıb. Televiziya onun Rusiyada bir neçə gün qalacağını və yüksək vəzifəli şəxslərlə görüşlər keçirəcəyini bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26