Interposta.Info

"DÇ-2018"in mükafat fondu:

İdman
 3-07-2018, 22:05     10 503

Rusiyada keçiriləcək dünya çemionatının qalibi olacaq komanda 38 milyon avro mükafat alacaq.

Qaynarinfo xəbər verir ki, FIFA mundial üçün ümumilikdə 400 milyon dollar mükafat fonu ayırıb. "DÇ-2018"ə vəsiqə qazanan 32 komandanın hər birinə 8, 1/8 finala çıxanlara əlavə 4 milyon avro ödənilib.

1/4 finala çıxan 8 komandanın hər biri 12, yarımfinal iştirakçıları əlavə 16 milyon avro qazanacaq.

Turniri 4-cü yerdə başa vuran komanda 22, bürünc mükafatın sahibi 24 milyon avro əldə edəcək. Finalçı olacaq komandaya 28, qalib komandaya isə 38 milyon dollar veriləcək.

Beləliklə, qalib komanda ümumilikdə 78, finalçı isə 68 milyon avro qazanacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26