Interposta.Info

İŞİD bu iranlı gözəlin başına 1 milyon dollar “qoydu“ -

Dünya
 11-02-2017, 13:16     983

İŞİD bu iranlı gözəlin başına 1 milyon dollar “qoydu“ -

Terror təşkilatı olan İŞİD peşmərgə və YPG sıralarında döyüşdükdən sonra Danimarkaya geri qayıdan Joanna Palaninin başına 1 milyon dollar mükafat təyin edib.

interposta.info cebhe.info-ya istinadla xəbər verir ki, barəsində ölkəsində cinayət işi açılan Palani iştirak etdiyi döyüşlərdə 100-dən çox İŞİD döyüşçüsünü öldürüb. Buna görə də İŞİD-in 1 nömrəli hədəfi seçilib.


Hazırda Danimarkada yaşadığı deyilən qadının 23 yaşı var, İran əsillidir. İraq və Suriyada döyüşüb. Daha sonra Danimarkaya gedib və geri qayıtmaması üçün 2015-ci ildə pasportu müsadirə olunub. Ancaq qadağaya baxmayaraq, döyüşə qayıtmağı bacaran gənc qadın yenidən Danimarkaya döndüyündə mətbuata verdiyi açıqlamada hətta Dohaya qədər getdiyini etiraf etmişdi.

interposta.info

İŞİD bu iranlı gözəlin başına 1 milyon dollar “qoydu“ -
İŞİD bu iranlı gözəlin başına 1 milyon dollar “qoydu“ -
İŞİD bu iranlı gözəlin başına 1 milyon dollar “qoydu“ -
İŞİD bu iranlı gözəlin başına 1 milyon dollar “qoydu“ -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26