Interposta.Info

İki İŞİD üzvü həbs olundu: Evlərindən minlərlə dollar, kilolarla qızıl çıxdı –

Dünya
 4-04-2018, 20:01     10 736

İstanbulda terror təşkilatı İŞİD üzvlərinə qarşı əməliyyat zamanı iki şəxs saxlanılıb.

Minval.info xəbər verir ki, hadisə yerində axtarış zamanı küllü miqdarda qızıl, dollar, gümüş və türk lirəsi tapılaraq müsadirə edilib. Tapılan əşyalar arasında gizli kamera və səsyazma cihazları da olub.

Terrorla Mübarizə İdarəsi İŞİD üçün pul transferi ilə məşğul olan, həmçinin qaynar nöqtələrə silah-sursat təmin edən iki şəxs haqqında araşdırmaya başladıb. Mart ayının 16-sı “Fatih”, “Avcılar”, “Ümraniye”, “Kadıköy” və “Çatalca” kim daha bir neçə yerə eyni zamanda əməliyyat təşkil olunub.

Ofisdən sərvət çıxıb

Müsadirə edilən əşya və silahlar arasında ov tüfəngi, çox sayda silah maqazini, gizli kamera, səsyazma cihazları, həmçinin radio ötürücü və bir çox alət olub.

Ofisdən 8,5 kq qızıl, 18 kq xam gümüş, 1,3 milyon dollar, 1 milyon 794 min türk lirəsi, 118 min avro, 1 milyon 921 min Suriya poundu, 4500 Qətər dinarı, 22 min Misir poundu, 350 Küveyt dinarı, 109 min 500 Səudiyyə Ərəbistanı riyalı, 47 min BƏƏ dinarı, 5 min Ürdün dinarı, 1610 sterlinq, 100 Kanada dolları çıxıb.

Məhkəmə tərəfindən hər iki şəxs haqqında həbs qəti imkan tədbiri seçilib.

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26