Interposta.Info

Türkiyədə üç təhlükəli terrorçu həbs olunub

Dünya
 4-02-2019, 08:20     10 455

Türkiyənin Mersin Baş Prokurorluğunun qərarı ilə həbs olunan PKK/KCK terror təşkilatının aparıcı simalarından olan Davut Baghestaninin istintaq işi nəticəsində məlum olub ki, bu şəxs uzun müddət Canbulut Turgaya məxsus saxta şəxsiyyət vəsiqəsindən istifadə edib.

AZƏRTAC xəbər verir ki, Davut Baghestaninin PKK ilə xarici qüvvələr arasında vasitəçiliyi, eyni zamanda, Suriyada fəaliyyət göstərən YPG/PKK terror təşkilatları ilə əlaqəsi sübut edilib.

Digər bir rəsmi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda DHKP/C terror təşkilatının fəal üzvlərindən olan Hatice Ruken Kılıç ilə Serkan Örsü həbs ediblər. Terrorçuların həbs edildikləri evdən 1 tapança, çox sayda sursat və terror aktlarında istifadə olunan digər ləvazimatlar götürülüb.

Hatice Ruken Kılıç ve Hatice Aşık 2015-ci il avqustun 10-da ABŞ-ın İstanbulun Sarıyer rayonunda yerləşən Baş konsulluğuna hücum etməkdə təqsirli biliniblər. Həmin hadisədə Hatice Aşık yaralı ələ keçmiş, Hatice Ruken Kılıç isə qaçmışdır.

Hatice Ruken Kılıç Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən təhlükəli terrorçu qismində axtarışda olub.

İnterPosta.info

Türkiyədə üç təhlükəli terrorçu həbs olunub

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26