Interposta.Info

İstanbulda törədilmiş terrorda ölənlərin sayı 40-a yüksəlib, 68 yaralı var:

Dünya
 1-01-2017, 19:39     710

İstanbulda törədilmiş terrorda ölənlərin sayı 40-a yüksəlib, 68 yaralı var:

Teraktda həlak olanların bəzilərinin ad və soyadları artıq bəllidir

Burak Yıldız , Fatih Çakmak, Yunus Görmek, Hatice Karcılar, Bahadır Çakır, Ayhan Arık, Mustafa Jalal Abbas, Mustafa Kaya, Baran Cemal, Mustafa Barın, Kenan Kutluk, Ahmed Saud Alfadul, Muhammed Saud Alfadul, Hatice Aslandoğu, Mustafa Seymen, Hatice Uyar, Ahmed Raad (Iraq), Ahmed İsam, Basma Abourazaq.

***

Yanvarın 1-i İstanbulda törədilən terror aktı nəticəsində yaralananlardan biri dünyasını dəyişib.

interposta.info "Report"a istinadən bildirir ki, 18 yaşlı israilli qız xəstəxanada ölüb.

Nəticədə ölənlərin sayı 40 nəfərə çatıb.

***

Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

interposta.info "Report"a istinadən bildirir ki, Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib.

Yanvarın 1-nə keçən gecə İstanbulda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

Azərbaycanın Türkiyədəki Baş Konsulluğundan "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılar arasında biri kişi, digəri isə qadın olmaqla 2 azərbaycanlı da var.

"Onlar hadisənin baş verdiyi "Reina" gecə klubuna yaxın xəstəxanaya yerləşdiriliblər. Hazırda Baş Konsulluq Türkiyənin Səhiyyə Nazirliyi ilə yaralıların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparır", - deyə məlumatda bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin "Report"a verdiyi məlumata görə, yaralı qadının vəziyyəti qənaətbəxş olduğuna görə, o artıq xəstəxanadan evə buraxılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26