Interposta.Info

Avstraliyada Yeni il ərəfəsində terror aktı hazırlayan şəxs həbs olunub

Dünya
 28-11-2017, 11:43     9 999

Avstraliya polisi Melburnda Yeni il ərəfəsində terror aktı hazırlığında iştirakı güman edilən kişini həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Viktoriya ştatının polisi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Melburnun yaxınlığındakı Verribi şəhərindən olan 20 yaşlı kişi noyabrın 27-də terror əleyhinə əməliyyat zamanı həbs edilib.

Polisin bəyanatında deyilir: “Saxlanılan şəxsin Yeni il ərəfəsində Melburnda terror aktının hazırlanmasında iştirakı güman olunur”.

Hazırda istintaq davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26