Interposta.Info

Türkiyədə terror təşkilatının üzvü həbs olunub

Ölkə
 28-12-2019, 08:20     327

Türkiyədə "İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi" (DHKP-C) üzvlərindən biri həbs olunub.

Trend-in məlumatına görə, terror təşkilatında rəhbər vəzifələrdən birini tutan Oya Aslan keçən həftə xüsusi əməliyyat zamanı tutulub.

Qeyd olunur ki, Oya Aslan Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan terrorçular siyahısında "yaşıl kateqoriya"ya daxil edilib.

İstanbul Baş Prokurorluğu təqsirləndirilən şəxsi terror təşkilatını idarə etdiyinə görə 15-dən 22 il 6 ay müddətinə qədər azadlıqdan məhrum edilməsini tələb edib.

İstanbul Ağır Cinayətlər Məhkəməsi cinayət işinin ayrılması barədə qərar verib.

Xatırladaq ki, "İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi" (DHKP-C) 1978-ci ildən bəri Türkiyədə fəaliyyət göstərən marksist terror təşkilatıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26