Amerikanın birinci xanımı qarşısında dizi üstə düşdü

Britaniya mediasının nəhəngi yazdığı yalanları etiraf etdi
1855-ci ildən işıq üzü görən və hazırda yarım milyona yaxın nüsxə ilə çap olunan Britaniyanın “The Daily Telegraph” qəzeti ABŞ-ın birinci xanımından rəsmən üzr istəyib. “BBC”-nin yaydığı məlumatda deyilir ki, qəzet xanım Melanianı “ciddi zədələdiyinə görə” cərimə ödəməyə də hazırdır.
Qeyd olunur ki, adı çəkilən qəzet ötən həftə “Melanianın sirri” başlıqlı yazısında bəzi xoşagəlməz ifadələrə və saxta iddialara yol verib.
Bu kimi iddiaların birində deyilir ki, Amerikanın birinci ledisi Melania cənab Trampla tanış olana qədər model kimi ciddi çətinliklərlə üzləşmişdi. Yalnız bu tanışlıqdan sonra Melanianın model kimi karyerasında ciddi uğurlar müşahidə olunub.
“The Daily Telegraph” etiraf edir ki, məqalədə bu kimi saxta iddialara yer verilməməli idi. Qəzet onu da vurğulayıb ki, xanım Melanianın hüquq müstəvisində açdığı dava zamanı xərclədiyi pulları da geri ödəməyə hazırdır.
Qəzetdə şənbə günü çap olunmuş üzrxahlıq yazısında deyilir ki, xanım Tramp peşəkar model kimi gələcək həyat yoldaşı cənab Trampla görüşdən çox-çox əvvəl uğur qazanmışdı. Yəni, ərinin köməyi olmadan o, bu sahədə önə çıxmış və parlamış model idi.
Qəzet bildirir ki, sözügedən evlilikdən sonra-2005-ci ildə-missis Trampın ata, ana və bacısının Nyu-Yorka köçməsi və Donald Trampa məxsus evdə yaşaması haqqında məqalədə yazılanlar da doğru deyil.
Qəzet çap etdiyi məqalədə başqa bir məqamın da doğru olmadığını bildirib: “Misis Tramp Universiteti imtahanları vaxtında verə bilmədiyinə görə yox, peşəkar model kimi daha çox öz işinə vaxt ayırmaq və uğur qazanmaq məqsədi ilə tərk etməli olub”.
https://www.bbc.com/news/uk-47013324/musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26