Interposta.Info

Dünyanı həyəcanlandıran xəbər: ABŞ savaşın fitilini alovlandırdı

Dünya
 21-11-2018, 12:35     10 278

Ağ Ev Çini Ümümdünya Ticarət Təşkilatından (ÜTT) xaric edilməsini istəyir.

Bunu Ağ Evin iqtisadi məsləhətçilər şurasının rəhbəri Kevin Hasset BBC-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, Çinin Ümumdünya Ticarət Təşkilatından çıxarılması məsələsi gündəmə gələ bilər. O bunun səbəbi kimi Çinin özünü ÜTT-də yaxşı aparmaması və pis niyyətli olması ilə izah edib.

Hasset, eyni zamanda, ABŞ prezidenti Trampın beynəlxalq ticari münasibətlərdə sərt oyun strtaegiyası üzərində fəaliyyətini davam etdirəcəyini də qeyd edib.

Qeyd edək ki, Kevin Hasset Trampın iqtisadi məsələlər üzrə ən yaxın məsləhətçilərindən biri hesab olunur./avropa.info

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26