Interposta.Info

PKK/PYD Raqqada ərəb əşirətinin liderini qətlə yetirdi –

Dünya
 5-11-2018, 16:15     10 383

Suriyada PKK terror təşkilatının işğal etdiyi Rakka şəhərinin ən böyük əşirətlərdən olan Ufadıla tayfasının lideri Bəşir Faysal Huveyda iki gün əvvəl avtomobilində güllələnərək öldürülüb.

Avropa.info xəbər verir ki, Bəşir Faysal Huveydanın ailəsi onun sui-qəsdə uğradığını və bu sui-qəsdin PKK/PYD tərəfindən həyata keçirildiyini açıqlayıb.

Regionun böyük əşirətlərindən olan Ərəb Sabha tayfası və Ərəb Vulde tayfası açıqlama yayaraq Huveydinin öldürülməsini pisləyərək, Rakkada yenidən söz sahibi olmaq üçün bütün tayfaları birləşməyə və PKK terror təşkilatını bölgədən qovmağa çağırıblar.

Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational) dərc etdiyi hesabatda PKK/PYD-nin işğal etdiyi bölgələrdə adam öldürdüyünü, onlara müxalif olanlara işgəncələr verdiyini və uşaqları zorla terror təşkilatının sıralarına qatdığını açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26