Interposta.Info

İŞİD-in “beli qırıldı” —

Dünya
 6-01-2017, 22:59     1 090

İŞİD-in “beli qırıldı” —

Suriyada beynəlxalq koalisiya qüvvələrinin keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatının tanınmış rəhbərlərindən biri öldürülüb.

2016-cı ilin dekabrın 31-də Suriyanın Rəqqa şəhərində ABŞ ordusunun rəhbərliyi altında təşkil olunan əməliyyat zamanı Mahmud əl-İsauini məhv edilib.

Qeyd edək ki, Mahmud əl-İsauini İŞİD terror təşkilatının köhnə üzvlərindən olub və əvvəllər İraqın Əl-Fəlluca şəhərində informasiya və kəşfiyyat məsələlərinə rəhbərlik edirmiş.

Bundan əlavə, Mahmud əl-İsauini İŞİD terror təşkilatının maliyyə məsələlərinə və onun təbliğatına da nəzarət edib. 2011-ci ildən isə Suriyada başlayan müharibədə ən fəal terroçulardan olub. Bir çox terror aktlarının təşkilatıçısı və əməliyyatlara birbaşa rəhbərlik edib./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26