Interposta.Info

Qazaxıstandan Saakaşviliyə şok təklif: Gəl, baş nazir ol

Dünya
 28-10-2018, 11:41     10 352

Taldıkurqandan olan ictimai xadim Nur Kanatulı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini 5 il müddətinə Qazaxıstan hökumətində işləməyə çağırıb.

"İnterPosta" axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.

“Bu yaxınlarda bizim prezident ölkə və xalq üçün çalışmayan və ya çalışmaq istəməyən məmurları qovmaqla və yerlərinə xarici peşəkarları gətirməklə hədələdi. Mənim yaxşı və işgüzar təklifim var – gəlin Mixail Saakaşvili və onun bütün komandasını 5 il müddətinə dəvət edək. Əminəm ki, dövlət başçısının da dəstəyi ilə Saakaşvili 1-2 il ərzində ölkədə bütün sahələrdə qayda-qanunu təmin edəcəkdir”, - Kanatulı bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26