Interposta.Info

Türkmənistan əfsanəsi bitdi: Hər şey pulla olacaq

Dünya
 26-09-2018, 13:15     10 400

Türkmənistan hökuməti 1 yanvar 2019-cu ildən etibarən ölkə vətəndaşları üçün elektrik enerjisinin, qazın, içməli suyun, duzun pulsuz verilməsini dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə qərar Türkmənistan Xalq Şurasının iclasında qəbul edilib. Hökumət bu addımı Türkmənistanda azad bazar münasibətlərinin gücləndirilməsi məqsədiylə atdığını bildirib.

Yeni qərara əsasən, əhaliyə elektrik enerjisi, qaz, su və duz güzəştli qiymətlərlə veriləcək.

Qeyd edək ki, Türkmənistan əhalisinə bu məhsullar 1992-ci ildən bu yana pulsuz şəkildə verilir. Eks-prezident Niyazov 2003-cü ildə bu vəziyyətin 2030-cu ilə qədər uzadılması haqqında qərar qəbul etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26