Interposta.Info

Türkiyədə dini idarədə atışma zamanı

Dünya
 18-08-2018, 09:09     10 386

Türkiyənin şimal-şərqində yerləşən Ərzincan əyalətinin Tercan şəhərində yerli müftiliyin ofisində silahlı insident zamanı 5 nəfər ölüb, daha 2-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə əyalət administrasiyasının bəyanatında bildirilir.

"Avqustun 17-si saat 15.00-da yerli administrasiya binasında müftilik ofisində yığıncaq zamanı müftiyət üzvlərindən biri olan F.A. mübahisə zəminində tapançadan nizamsız atəş açıb. Nəticədə 2 nəfər, o cümlədən müftinin müavini ölüb və 5 nəfər yaralanıb. Onların arasında intihar etmək istəyən F.A-nın özü də var. Yaralılar xəstəxanaya çatdırılıb, orada həkimlərin səylərinə baxmayaraq, yaralılardan üçü, eləcə də, F.A keçinib", — deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hər iki yaralının vəziyyəti ağırdır. Prokurorluq hadisənin araşdırmasına başlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26