Interposta.Info

Yeni Zelandiyada iki məsciddə atışma olub, 27 nəfər ölüb

Dünya
 15-03-2019, 09:15     10 294

Yeni Zelandiya məscidlərində atəş açanlardan birinin şəxsiyyəti müəyyən edilib.

Bu 28 yaşlı ultrasağçı Avstraliya vətəndaşı Brenton Tarrantdır. Ötən gün o, sosial şəbəkələrdə Türkiyə baş naziri və Almaniya kanslerini öldürmək çağırışı ilə çıxış edib.

***

Yeni Zelandiyanın Kraysterç şəhərində naməlum şəxslər Əl-Nur və Linvud məscidlərinə basqın edib və orada atəş açıb.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, məscidlərdə atışma zamanı ən azı 27 nəfər ölüb, 30 nəfər yaralanıb.

Basqın yerli vaxtla 13:45, günorta namazından dərhal sonra baş verib. Şahidlərin ifadələrinə görə, hücum zamanı hər iki məsciddə 500-ə yaxın adam olub. Yaralananlar yerli xəstəxanaya yerləşdirilib.

Hücum edənlərdən bir nəfər polis tərəfindən saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26