Interposta.Info

ABŞ Çinə nota verdi

Dünya
 4-05-2018, 11:19     10 376

Cibutidən havalanan ABŞ təyyarələrinə Çinin bölgədəki hərbi bazasından lazer işığı tutulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Dana Vayt açıqlama verib. O, hadisə ilə əlaqədar olaraq Çinə nota verdiklərini diqqətə çatdırıb.

"Bu, çox ciddi hadisədir. Biz məsələ ilə bağlı Çin rəsmilərini məlumatlandırmışıq və araşdırma aparılmasını tələb etmişik. Bu tip hadisələr hava nəqliyyatı üçün real təhdiddir", - deyə sözçü bildirib.

Reuters-in xəbərinə görə, lazerlə uçuşa mane olma səbəbindən ABŞ ordusunun 2 əsgəri yüngül xəsarət alıb.

Qeyd edək ki, ABŞ-ın bölgədə həm Qırmızı dənizə nəzarət etmək, həm də somalili dəniz quldurlarının fəaliyyətinin qarşısını almaq üçün 4000 nəfər heyəti üzvü olan hərbi bazası var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26