Interposta.Info

Edelmandan şok təklif: Türkiyə konsulluqlarını bağlayaq

Dünya
 27-03-2018, 13:34     10 366

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dostlarının əlindəki mediadan istifadə edərək ABŞ düşmənçiliyini alovlandırır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Brukinqs İnstitutunda çıxışı zamanı ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelman deyib.

“ABŞ Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra önəmli müttəfiq adı ilə insan haqları sahəsindəki bir sıra məsələlərə göz yumub. Türkiyənin ABŞ-da çoxlu sayda konsulluğu var. Əgər biz bunlardan birini bağlasaq, Türkiyə və onun prezidentinin ətrafında kifayət qədər güclü problemlər yarana bilər”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26