Interposta.Info

İrəvan bunu etmək istəyir, Lavrov imkan vermir

Dünya
 13-03-2018, 16:52     10 444

Ermənistan hökuməti artıq uzun müddətdir ki, Xarici İşlər naziri Edvard Nalbəndyandan yaxasını qurtarmağa çalışır.

interposta.info Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.

“Nalbəndyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sevimlisidir. Rusiya Prezidenti Vladimir Putin 2016-cı ilin avqustunda Nalbəndyanı mükafatlandırmaqla onun sentyabrda yeni formalaşacaq hökumətin tərkibinə daxil edilməsi üçün imkan yaratdı. İrəvan Lavrovla qarşıdurmaya getməyi arzu etmir və buna görə də Nalbəndyanı XİN rəhbəri vəzifəsində saxlayır. Bundan sonra da nazir Nalbəndyan olacaq, amma nazirliyin idarəsi baş katib adlanacaq yeni şəxsə veriləcək”, – deyə məqalədə bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26