Interposta.Info

Təyyarə qəzasının təfərrüatı - İş adamının qızı və 7 rəfiqəsi Dubaydan qayıdırmış/

Dünya
 12-03-2018, 10:13     10 503

İranın paytaxtı Tehran yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl təyyarənin məşhur iş adamı Hüseyn Başarana aid olduğu təsbit edilib. Məlumata görə, biznesmenin qızı Minə Başaran 7 rəfiqəsi ilə birlikdə Dubaydan qayıdırmış. M. Başaran ötən gün Dubaya "subaylığın son gecəsi”ni qeyd etmək üçün gedib. Hətta gecədən sosial şəbəkədə də fotolar paylaşıb. Lakin vətəninə qayıdarkən faciə ilə üzləşib. Minə, 7 rəfiqəsi və 3 ekipaj üzvünün qəza nəticəsində öldüyü ehtimal edilir.

11 nəfərin öldüyü bu qəza Türkiyə Mülki Aviasiyasındakı ölümlə nəticələnən ilk təyyarə qəzasıdır.

interposta.info

Təyyarə qəzasının təfərrüatı - İş adamının qızı və 7 rəfiqəsi Dubaydan qayıdırmış/
Təyyarə qəzasının təfərrüatı - İş adamının qızı və 7 rəfiqəsi Dubaydan qayıdırmış/
Təyyarə qəzasının təfərrüatı - İş adamının qızı və 7 rəfiqəsi Dubaydan qayıdırmış/

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26